Səidə Quliyeva: “Maaşlar, dolanışıq və qonorarlar çox aşağı səviyyədədir” - ÖZƏL

Səidə Quliyeva: “Maaşlar, dolanışıq və qonorarlar çox aşağı səviyyədədir” - ÖZƏL

Hazırda oxunan: Səidə Quliyeva: “Maaşlar, dolanışıq və qonorarlar çox aşağı səviyyədədir” - ÖZƏL

108802

“O verilişlərə niyə və nəyə görə çıxmalıyam? Hansı aparıcıları və jurnalistlərin verilişlərini lazımi bilirəmsə, onların da dəvəti qəbul edib gedirəm. Yalnız səviyyəmə layiq olan verilişlərə çıxıram və jurnalistlərə müsahibə verirəm. Hər bir işimdə seçim edirəm. Burada heç bir qəbahət yoxdur”. 

Bu sözləri Xalq artisti Səidə Quliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Sənətkar verilişlərə getməməsinin səbəbini, onların səviyyəsinin aşağı olmasu ilə əlaqələndirib. 

“Bir çox verilişlərin səviyyəsi göz önündədir. Çox aşağıdır. Həmin proqramlarda aparıcıların qonaqlara verdikləri suallara diqqət yetirin. 19 yaşımdan teatrda çalışıram. 40-45 ildir ki, bu sənətdəyəm. O illərdən bu günə kimi mənə bir çox aparıcılar elə eyni sualları verirlər. O suallara nə qədər cavab verməliyəm? “Çevir tatı, vur tatı”. Tamaşaçı istər sənət, istərsə də şəxsi həyatımı məndən daha yaxşı bilir. Onlar araşdırıb, yeni mövzular, suallar, fikirlər axtarmalı və mənə ünvanlamalıdırlar. Mənə maraqlı müsahib olduğu təqdirdə böyük məmnuniyyətlə müsahibə də verərəm, verilişlərinə də gedərəm”, - deyə aktrisa bildirib. 


“Bir sıra həmkarlarınız verilişlərə qatılmaq üçün kanal rəhbərlərindən qonorar istəyirlər. Siz də bu fikirdəsiniz?” sualına Xalq artistinin cavabı belə olub: 

“Həmkarlarımın bu fikirləri ilə mən də razıyam. Sovet dönəmində də bu belə olub. Biz əgər iki cümlə dilimizə gətirirdiksə, onun qonorarını alırdıq.  Bu gün isə bu söhbət yox dərəcəsindədir. Hətta indi sizə müsahibə verirəm, Sovet dövründə onun da qonorarını alırdıq. Amma indi elə söhbət yoxdur. Aktyorun məvacibi də çox aşağı və cüzidir. Bunu hər yerdə deyirəm. Bəli mən Prezident təqaüdü alıram. Amma burada söhbət təkcə Xalq artisti Səidə Quliyevadan getmir.

Burada söhbət incəsənət camiyasında çalışan insanlardan gedir. Maaşlar çox cüzidir. Dolanışıq və qonorarlar da çox pis və aşağı səviyyədədir. Ona görə serial və filmlərə çəkilmirəm. Pul heç kimə mane olmur. Amma özümə hörmət edirəm və səviyyəsiz seriallara çəkilmirəm. Əgər yaxşı rejissor işi olsa, niyə də getməyim? Gedərəm, çəkilərəm, yaxşı da qonorarımı alaram.
Mən də qonorar müqabilində verilişlərə getməyi və müsahibə vermək fikrini iki əlli dəstəkləyirəm. Bu mövzuda müğənnilərin işlərinə qarışa bilmərəm, amma aktyorların adından söyləyirəm ki, qonorar məsələsi mütləq olmalıdır”. 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO