Kukla Teatrına təzyiqlərin arxasında kim durur? – Teatrşünas Aydın Talıbzadənin MÜNASİBƏTİ

Kukla Teatrına təzyiqlərin arxasında kim durur? – Teatrşünas Aydın Talıbzadənin MÜNASİBƏTİ

Hazırda oxunan: Kukla Teatrına təzyiqlərin arxasında kim durur? – Teatrşünas Aydın Talıbzadənin MÜNASİBƏTİ

108784

Dekabrın 8-də Kukla Teatrında Mədəniyyət Nazirliyinin teatrda başlatdığı yoxlama ilə bağlı direktor Rəşad Əhmədzadə bir qrup teatr əməkdaşları ilə birlikdə mətbuat konfransı keçirib. 

Konfransda Rəşad Əhmədzadə və teatrın əməkdaşları teatr haqqında səsləndirilən korrupsiya ilə bağlı fikir və iddialarla razılaşmadıqlarını bildiriblər. Direktor, eləcə də teatrın digər əməkdaşları yoxlamanın ciddi təzyiq altında həyata keçirildiyini, yoxlama aparan nazirlik əməkdaşlarının teatr barədə məlumatsız olduqlarını diqqətə çatdırıblar. 

Rəşad Əhmədzadə qeyd edib ki, yoxlama başladıqdan sonra nazir Anar Kərimovla görüşüb. Ona dəfələrlə məktub ünvanladığını bildirib, yoxlamanın kökündə yatan səbəblə maraqlanıb.

Nazir isə ona heç bir məktubun çatmadığını, yoxlama ilə bağlı “yuxarı”dan göstəriş verildiyini deyib. 

Bizim.Media səsləndirilmiş iddia və fikirlərlə bağlı Mədəniyyət Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, kütləvi informasiya vasitələrində Kukla teatrında aparılan işçi qaydada yoxlamalarla bağlı ötən həftələrdə məlumat verilib: 
 

MÖVZU İLƏ BAĞLI:

Rəşad Əhmədzadə: "Mədəniyyət naziri dedi ki, teatrla bağlı "yuxarı"dan göstəriş var”


“Nazirliyin məsələ ilə bağlı mövqeyi budur. Əlavə şərh olmayacaq”. 

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran teatrşünas, professor Aydın Talıbzadə isə deyib ki, bu cür yoxlamların mətbuata sızmasını doğru hesab etmir: 

“Bu, xoş olmayan bir hadisədir. Teatr elə bir təşkilat deyil ki, orada nəsə əyinti, çox böyük maddi zərərlər olsun. Hesab edirəm ki, ümumiyyətlə, belə yoxlamaların mətbuata sızması da düzgün deyil. Əgər bir naqislik, yoxlamaya ehtiyac varsa, yerindəcə onu həll etmək, direktora “bunu düzəlt” demək yetərlidir. Bunu respublika miqyasında sensasiyaya çevirmək heç düzgün və xoş deyil”. 

Aydın müəllim qeyd edib ki, Kukla Teatrında ciddi nöqsanların olduğunu düşünmür: 

“Yoxlama aparılır və əgər hər şey qaydasındadırsa, buna görə narahat olmağa dəyməz. Yoxlamanın təzyiq altında aparılmasına gəldikdə isə, bu, mənim üçün anlaşılmazdır. Axı, niyə Kukla Teatrına və Rəşad Əhmədzadəyə qarşı təzyiq olsun? Əgər nazirlik yoxlama aparırsa, deməli, nəsə var. Ancaq mən Rəşad müəllim yaxşı tanıyıram. Çox təmiz, ləyaqətli, dürüst adamdır. Mən Rəşad müəllimin nəsə əyri bir işi olacağını güman etmirəm”.

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO