“Azərbaycan Kəşmir məsələsində mövqeyimizi cəsarətlə dəstəkləyib” - Pakistan səfiri

“Azərbaycan Kəşmir məsələsində mövqeyimizi cəsarətlə dəstəkləyib” - Pakistan səfiri

Hazırda oxunan: “Azərbaycan Kəşmir məsələsində mövqeyimizi cəsarətlə dəstəkləyib” - Pakistan səfiri

10870

“Azərbaycan Cammu və Kəşmir məsələsində Pakistanın mövqeyini cəsarətlə dəstəkləyib”.

Bizim.Media xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Kəşmirlə Həmrəylik Gününə həsr olunmuş tədbirdə deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Pakistan və Yaponiyada ticarət evləri açmaq istəyir


Səfir bildirib ki, işğal olunmuş Cammu və Kəşmirdə baş verənlərlə bağlı azərbaycanlılar məlumatlıdır və bu məsələyə həssas yanaşırlar:

“Azərbaycan hökuməti və xalqı Cammu və Kəşmir məsələsində Pakistanın mövqeyini cəsarətlə dəstəkləyib, bu məsələdə bütün beynəlxalq platformalarda Pakistanın yanında olduğunu bəyan edib. Azərbaycan Kəşmir münaqişəsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatındakı Komitənin aktiv üzvüdür. Bu dəstək üçün Azərbaycana dərin təşəkkür edirik”.

Pakistanlı diplomat qeyd edib ki, kəşmirlilər təxminən 70 ildir qapalı şəraitdə yaşayır:

“Onların ən fundamental haqları belə məhdudlaşdırılıb. Son illərdə minlərlə kəşmirli öldürülüb, həbs olunub, təzyiqlərə məruz qalıb və bu dövrümüzün ən böyük faciələrindən biridir”.

Cammu və Kəşmir münaqişəsinin qlobal təhlükəsini qeyd edən səfir deyib ki, Pakistan və Hindistan böyük ölkələrdir və hər iki ölkə nüvə ölkəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO