Portunun oyunçusu ağır zədə alıb.
Bizim.Media xəbər verir ki, Belenenses – Porto oyununda rusiyalı qolkiperlə qonaq klubun ən populyar üzvü toqquşub.
Stanislav Kritsyukla Naninin toqquşması ikincinin onurğa sütununun zədələnməsi ilə nəticələnib.
Qeyd edək ki, həmin oyun qolsuz bərabərliklə yekunlaşıb. Naninin son durumu barədə hələki informasiya yoxdur. Həkimlərinin söyləməsinə görə, futbolçu uzun müddət yaşıl meydanlara çıxa bilməyəcək.
Zədə anının görüntülərini təqdim edirik:
Bizim.Media