Serbiya prezidenti: “Türkiyə regionda sülhün və sabitliyin qorunmasında mühüm tərəfdaşdır”

Serbiya prezidenti: “Türkiyə regionda sülhün və sabitliyin qorunmasında mühüm tərəfdaşdır”

Hazırda oxunan: Serbiya prezidenti: “Türkiyə regionda sülhün və sabitliyin qorunmasında mühüm tərəfdaşdır”

108630

“Türkiyə regionda sülhün və sabitliyin qorunmasında mühüm tərəfdaşdır”. 

Bizim.Media xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Türkiyə parlamentinin sədri Mustafa Şentopla görüşü zamanı deyib. 

Tərəflər ikitərəfli əməkdaşlıq və intensiv siyasi dialoqun Serbiya ilə Türkiyə arasında münasibətlərin müasir tarixdə ən yüksək səviyyədə olduğunu təqdiqləyərək bildiriblər ki, bu, həm qarşılıqlı hörmət və etimadın, həm də iki prezident arasında müstəsna şəxsi münasibətlərin nəticəsidir. 

Prezident Vuçiç Serbiyanın regional əməkdaşlığa səmimi sadiq qaldığını bildirərək qeyd edib ki, bu mənada Türkiyəni regionda sülh və sabitliyin qorunmasında mühüm tərəfdaş hesab edir. 

Serbiya lideri Türkiyə ilə iqtisadi əməkdaşlığın vacibliyini vurğulayıb və türk iş adamlarının ölkəyə yatırdığı sərmayələri yüksək qiymətləndirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO