Meşə fondu torpaqlarında 670 mindən çox ağac əkilib - FOTO 

Meşə fondu torpaqlarında 670 mindən çox ağac əkilib - FOTO 

Hazırda oxunan: Meşə fondu torpaqlarında 670 mindən çox ağac əkilib - FOTO 

108626

Payız əkin mövsümü başlayandan bugünədək meşə fondu torpaqlarında 670 mindən çox ağac əkilib. 

Meşələrin İnkişafı Xidmətindən Bizim.Media-ya bildirilib ki, bu gün Qəbələ, Şamaxı, Bərdə, Şabran, Sabirabad rayonlarının ümumilikdə 21 hektar meşə ərazisində Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları tərəfindən hər bölgənin iqlim şəraitinə uyğun 20 000 ədəd ağac tingi əkilib, 800 kiloqramdan artıq toxum səpilib. 

Onun sözlərinə görə, mövsüm başlayandan bugünədək meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində payız əkin planına uyğun olaraq 670 mindən çox müxtəlif növ ağac əkilib, 46 ton toxum səpilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO