Dünya Bankının Azərbaycanda iqtisadi artıma necə nail olmağın mümkünlüyü ilə bağlı hesabatının verdiyi əsas mesaj buna özəl investisiyalar hesabına nail olmaqdır.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə Dünya Bankının baş iqtisadçısı Nadir Ramazanov deyib.
Onun sözlərinə görə, Dünya Bankının bütün üzv ölkələrə mütəmadi olaraq təqdim etdiyi bu hesabat ölkədə baş verən ilkin iqtisadi prosesləri araşdırmaq, iqtisadi artımın yüksəldilməsi üçün ən yaxşı məsləhətləri vermək məqsədi daşıyır. Azərbaycanda belə hesabatın hazırlanmasına ötən ildən başlanılıb.
Hesabatda əsas mesaj ölkənin 2022-2026-cı illər üzrə sosial-siyasi inkişaf strategiyasına uyğun gələn yeni iqtisadi artım modelinə keçidin zəruriliyi ilə bağlıdır.
“İnkişaf yönümlü yeni iqtisadi model özəl sektorun investisiyalarına əsaslanacaq”, - N.Ramazanov bildirib.
Hesabatın mühüm hissəsi ölkənin həyatında özəl sektorun rolunun artırılması, insan kapitalının artımı, eləcə də iqtisadiyyatın idarə olunması sistemində hansı islahatların aparılmasına ehtiyac olduğu məsələlərinə həsr olunub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:54 / 08.12.2022
Dünya Bankının rəsmisi Azərbaycandakı iqtisadı artımdan DANIŞDI
Hazırda oxunan: Dünya Bankının rəsmisi Azərbaycandakı iqtisadı artımdan DANIŞDI
Hazırda oxunan: Dünya Bankının rəsmisi Azərbaycandakı iqtisadı artımdan DANIŞDI
108619
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.