Avropa İttifaqı (Aİ) ölkələri Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Xorvatiyanın baş naziri Andrey Plenkoviç şəxsi “Twitter“ hesabında məlumat verib.
O, bildirib ki, ölkəsi 2023-cü il yanvarın 1-dən Şengen sazişinə qoşulacaq:
“Xorvatiya Avropa İttifaqının Daxili İşlər və Ədliyyə Şurasının yekdil dəstəyini alıb - 2023-cü il yanvarın 1-dən biz də Şengen Sazişinin üzvü oluruq. Bundan həm vətəndaşlar, həm də ölkə iqtisadiyyatı yararlanacaq ”.
Qeyd edək ki, Şengen zonasına Aİ-nin 26 ölkəsi daxildir. Avropa Komissiyası noyabrın 16-da Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengen zonasına qoşulmaq üçün hazır olduğunu bəyan edib və Aİ Şurasına bu qərarı təsdiq etməyi tövsiyə edib.
Bizim.Media
Hrvatska je dobila jednoglasnu podršku Vijeća za unutarnje poslove i pravosuđe - 1. siječnja 2023. postajemo članica #Schengen! U godini isporuke ostvarili smo strateške ciljeve @VladaRH, od kojih će najveću korist imati ?? građani i gospodarstvo!
— Andrej Plenković (@AndrejPlenkovic) December 8, 2022
✅ #Eurozone
✅ #Schengen pic.twitter.com/mPCGMpGZ1E