“Bu çıxışdan sonra hansısa fəxri ad gözləmək absurddur

“Bu çıxışdan sonra hansısa fəxri ad gözləmək absurddur" – Kukla Teatrının baş rəssamı 

Hazırda oxunan: “Bu çıxışdan sonra hansısa fəxri ad gözləmək absurddur" – Kukla Teatrının baş rəssamı 

108603

"Mən əminəm ki, bu çıxışdan sonra hansısa, fəxri ad gözləmək absurddur". 

Bizim.Media xəbər verir ki, Kukla Teatrında keçirilən mətbuat konfransında teatrın baş rəssamı İqbal Əliyev deyib. 

Baş rəssam yoxlama üçün gələn nazirlik nümayəndələrinin teatrla bağlı məlumatsız olmalarından gileylənib: 

"Mən nazirlikdən (Mədəniyyət nazirliyi) xahiş edirəm, teatra göndərdikləri adamlar az-çox teatrdan məlumatlı olsunlar. Dərziyə necə sual vermək olar ki, sapdan istifadə edirsiniz? Yoxlama aparanlar çox gülünc suallar verirlər. Elə bil bizi ələ salırlar. Gülürsünüz, amma bu, bizim üçün çox ağlamalıdır". 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO