Deputatların yeni il PLANI – Bayramı harada keçirəcəklər? 

Deputatların yeni il PLANI – Bayramı harada keçirəcəklər? 

Hazırda oxunan: Deputatların yeni il PLANI – Bayramı harada keçirəcəklər? 

108583

Yeni ilin gəlişinə sayılı günlər qalıb. Deməli, bayramı necə, harada keçirmək haqqında düşünməyin zamanı gəlib. Artıq bir çox insan barədə plan quranlar da var.

Bizim.Media deputatlarımızdan bayramı harada, necə keçirəcəkləri ilə bağlı planlarını soruşub.

Beləliklə: 

Aqil Abbas: “Mən bütün bayramları, o cümlədən də Yeni ili ailəmlə evimdə keçirirəm. Bu, həmişə belə olub, belə də olacaq. Bayramı adam evində keçirər. Ola bilsin, qohumdan, bacı-qardaşdan kimlərsə qonaq gəlsin”. 

Fatma Yıldırım: “Bakıda öz evimdə ailəmdə keçirəcəm. Demək olar ki, hər il bu cür qeyd edirik. Hesab edirəm ki, yeni ili ailənlə birlikdə qeyd etmək daha yaxşıdır. Hələ ki, harasa getməklə bağlı planımız yoxdur, heç vaxt da olmayıb”. 

Elman Nəsirov: “Yeni ili Cəlilabad rayonunun Təzəkənd kəndində valideynlərim, yaxınlarımla qeyd etməyi planlaşdırıram. Bu, bir ənənədir. Bu dəfə də ənənəmizə sadiq qalaraq həm Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, həm də Yeni ili ailəmlə keçirəcəm”. 

Kamilə Əliyeva: “Yeni il mənim üçün sadəcə təqvim dəyişməsidir. Mən yeni ilin gəlişini Novruz bayramında qeyd edirəm. Ona görə, bu il də həmişə olduğu kimi evdə, ailəmlə keçirəcəm”. 

Fəzail Ağamalı: “Biz ailə qayda-qanunlarına görə, adətən, Yeni ili ailəmizlə birlikdə qarşılayırıq. İndiyə qədər heç yerə də getməmişik. Yəqin ki, bu il də o ənənəyə sadiq qalacağıq”.

Məlahət İbrahimqızı: “Hələ dəqiq bilmirəm”.

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO