Azərbaycan 50 ildən sonra tam səhralığa çevrilə bilər – Dəhşətli PROQNOZ

Azərbaycan 50 ildən sonra tam səhralığa çevrilə bilər – Dəhşətli PROQNOZ

Hazırda oxunan: Azərbaycan 50 ildən sonra tam səhralığa çevrilə bilər – Dəhşətli PROQNOZ

108557

Dünyada istiləşmə 1.2 dərəcə artıb. Araşdırmalar da göstərir ki, 20-ci əsrdə yer səthinin ortalama istiliyi 0,6 selsi artıb. Son 40 ildə atmosferin 8 km alt hissəsində də temperatur yüksəlib. Qar örtüyü və buzlanma təxminən 10% azalıb.

Planetdə temperaturun 1,5 dərəcə yüksəlməsi ilə artım 50 faiz təşkil edəcək ki, bu da havanın rütubətliyinin 10,5 faiz çoxalmasına səbəb olacaq. Əgər temperatur 2 dərəcə qalxsa, ekstremal hava şəraiti sənaye inqilabından əvvəl olduğundan 70 faiz tez-tez müşahidə olunacaq. Havanın rütubəti isə 14 faiz artacaq.

Bundan əlavə, Yerdəki temperaturun 1,5 dərəcə artması ilə daşqınların və sunamilərin vura biləcəyi iqtisadi zərər indi olduğundan 3,5 dəfə, 2 dərəcədə isə 5 dəfə yüksək olacaq. BMT-nin məlumatına görə, yaxın illərdə bütün ölkələrdə təcili tədbirlər həyata keçirilməsə, yüzilliyin sonuna qədər planetimizdə orta temperatur 2,7 dərəcə yüksələcək.
 

MÖVZU İLƏ BAĞLI:

Qlobal quraqlıq müddətində bu əkinçilik növünə ehtiyacımız olacaq - Ekspertdən HƏYƏCAN TƏBİLİ 


Bəs, qlobal istiləşmə ölkəmizə öz təsirlərini necə göstərib?

Suala AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Rza Mahmudov aydınlıq gətirdi.

O Bizim.Media-ya açıqlamsında ölkəmizdə vəziyyətin heç də ürəkaçan olmadığını bildirdi:

“Respublikamızın ərazisi -28 metrdən +4460 metr yüksəkliyə malikdir. Biz bunu müxtəlif qradasiyalara bölüb təhlillər aparırıq. Bu intervallarda iqlim dəyişikliyi müxtəlif cür özünü göstərir. Məsələn, min metrlik yüksəklikdə temperatur 14 dərəcəyə qədər artıb. Bölgələrimizdə ən böyük temperatur artımı 1.3 dərəcə Kiçik Qafqazda və Naxçıvan ərazisində qeydə alınıb. Bu da ekoloji fəlakət həddinə çox yaxındır. Ən aşağı artım isə Abşeron yarımadasında - cəmi 0.9 dərəcə olub”. 

Rza Mahmudov onu da əlavə edib ki, iqlim dəyişikliyi ən çox su ehtiyatlarına təsir edir:

“Tədqiqatlarımız göstərir ki, çaylarımızın illik axını xeyli azalıb. Son illər ciddi su qıtlığı ilə üzləşirik. Su qıtlığı isə onsuz da meşə örtüyü az ölan Azərbaycanda səhralaşmanı daha da sürətləndirir. Yaşıllıqlar sürətlə məhv olur”. 

Mütəxəssislərin rəyinə görə qlobal istiləşmə artıq ölkəmizin iqtisadi həyatına və ekosistemə öz mənfi təsirlərini göstərir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə quraqlıq üzündən bu il 100 min hektarda taxıl əkinləri məhv olub. Bu isə ən azı 250-300 min ton taxıl itkisi deməkdir. 

İstiləşmənin təsiri ilə ölkə ərazisndə torpaqların şoranlaşması da sürətlənir. Hazırda təkcə Mərkəzi Aran rayonlarında deyil, Beyləqan, Goranboy, Bərdə və digər yüksək ərazilərdə də torpaqlar şoranlaşır.
Bu da ondan xəbər verir ki, yaxın vaxtlarda yeraltı su mənbələri də əkin üçün yararsız olacaq. Məlum olduğu kimi adını çəkdiyimiz və digər dağətəyi rayonlarda suvarmada artezian quyularının imkanlarından geniş istifadə edilir.

Şorlaşan sularsa bu imkanları sarsıdır. Təsadüfi deyil ki, bir çox kənd təsərrüfatı məhsullarının istehsalı ilbəil azalır.

Məsələn, Kənd təsərrüfatı üzrə 2016-cı ildə qəbul edilmiş Yol Xəritəsində 2022-ci ildə pambıq istehsalını 500 min tona çatdırılması hədəf göstərilirdi. Lakin, bu il cəmi 170 min ton pambıq tədarük edilib.

Bu isə o deməkdir ki, ekoloji fəlakət artıq evimizin kəndarındadır.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO