Arayikin Paris SƏRGÜZƏŞTLƏRİ – Fransaya öz dilində cavab verməyin vaxtı çatıb

Arayikin Paris SƏRGÜZƏŞTLƏRİ – Fransaya öz dilində cavab verməyin vaxtı çatıb

Hazırda oxunan: Arayikin Paris SƏRGÜZƏŞTLƏRİ – Fransaya öz dilində cavab verməyin vaxtı çatıb

108538

Fransanın Azərbaycan əlehinə siyasəti gün keçdikcə zəifləmək yerinə, daha da güclənir. Belə ki, artıq bu ölkənin qərəzli siyasəti kampaniya halını almağa başlayıb.

Bu dəfə də Qarabağdakı separatçı qurumun rəhbəri Arayik Arutyunyan Fransaya səfər edib. Arayiki isə Parisdə Fransa Senatının üzvləri qarşılayıblar. Onların içərisində bizim də yaxından tanıdığımız Valeri Pekres də var idi.

Təbii ki, bu qədəri başa düşülən və gözlənilən idi. Çünki Fransa siyasətçilərinin, senatının erməni lobbisinin təsiri altında olması onsuz da bəlli idi. Doğrusu, bununla bağlı Fransaya hər hansı etirazımızı bildirsək, verəcəkləri cavab da məlumdur.

Böyük ehtimal deyəcəklər ki, bu, Fransa hökumətinin mövqeyi deyil. Senat üzvləri müstəqil şəkildə bu addımı atıblar. Yəni, hazır bəhanələri var.
 

MÖVZU İLƏ BAĞLI:

“France24”ün Araiklə müsahibəsi separatizmi təbliğ edir - Leyla Abdullayeva 


Hansından ki, bir müddət əvvəl Senat və Milli Asambleyanın əlehimizə qəbul etdiyi qətnaməni şərh edərkən istifadə ediblər.

Lakin...

İşin amması ondadır ki, Arayikin səfəri təkcə fransız deputatlarla içki məclisində badə qaldırmaqla yekunlaşmayıb. Fransanın dövlət televiziyası olan “France 24” də Arayik Arutyunyanı efirə dəvət edib, onunla müsahibə təşkil edib. Bu yetmirmiş kimi, Fransanın rəsmi mətbuat orqanı olan “francepress” nəşri də Arayikdən açıqlamalar alıb.

Və ən əsası da, Fransa rəsmi mətbuatı Arayiki “Artsaxın prezidenti” kimi təqdim edib. Üstəlik, separatçı quldurbaşının Avropa ölkələrinə müraciət edib, yalvarmasına da şərait yaradıblar. Arayik də ona yaradılan meydandan maksimum yararlanıb Azərbaycanı “işğalçı” kimi təqdim etmək fürsətini boşa verməyib.

Yəni, burada hər hansı özfəaliyyətdən söhbət belə gedə bilməz. Bu, Fransa dövlətinin, Makron hökumətinin açıq mövqeyidir.

Maraqlıdır, buna nə cavab verəcəklər?

Təbiidir ki, bu dəfə utanmazcasına Arayikin dəvətini də, “France 24”ə çıxmasını da qanunverici orqanın üzərinə ata bilməyəcəklər. 
Bizə çoxdan bəlli olduğu kimi, Fransa separatizmə dəstək verdiyini artıq açıq şəkildə nümayiş etdirir. Doğrudur, bəzi situasiyalarda bunu “Xalqların öz müqəddəratını təyin etmə” hüququ ilə izah etmək mümkündür. Amma Qarabağ nümunəsində bunu etmək tamamilə beynəlxalq hüquqa ziddir. Çünki BMT Təhlükəsizlik Şurasının bəlli qətnamələri, Azərbaycanın dünya tərəfindən tanınmış ərazi bütövlüyü var.

Əvəzində, öz müqəddəratını təyin etmə hüququ verilən xalqlar, bölgələr də var. Məsələn, Yeni Kaledoniya. 1986-cı ildə BMT Yeni Kaledoniyanı dekolonizasiya ediləcək bölgələr siyahısına daxil edib.

Lakin Fransa BMT-nin bu qərarını yerinə yetirmir. Nə az, nə çox düz 36 ildir ki, Fransa beynəlxalq hüququn normalarını bütün dünyanın gözü qarşısında əzib, keçir. Amma iş ermənilərə gələndə, Fransanın məsələyə baxışı birdən-birə 180 dərəcə dəyişir.

Göründüyü kimi, təkcə Fransa Senatının 3-5 deputatı erməni lobbisinin “peşka”larına çevrilməyib. Bütünlükdə Fransa hökumətinin vəziyyəti bu cürdür.

Belə görünür ki, Fransa nə xəbərdarlıqdan, nə də etirazdan anlayır. Yəni, onlara öz dillərində cavab verməyin vaxtı çatıb. Bunun üçün də Yeni Kaledoniya, Korsika kimi Fransanın işğalda saxladığı bölgələrin rəsmilərini Azərbaycana dəvət edib, dövlət mətbuatında onlara söz haqqı tanımalıyıq.
İnandırıcı görünmür ki, Fransa bundan da bir dərs çıxarsın. Amma Parisin bu addımları artıq bizə başqa seçim imkanı buraxmır.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO