Avakov: “Bəzi Ukrayna mediasını Donetsk maliyyələşdirir”

Avakov: “Bəzi Ukrayna mediasını Donetsk maliyyələşdirir”

Hazırda oxunan: Avakov: “Bəzi Ukrayna mediasını Donetsk maliyyələşdirir”

10848

“Ölkədəki bəzi kütləvi informasiya vasitələri qondarma “Donetsk Xalq Respublikası”nın (“DXR”) müəssisələrində qazanılan vəsait hesabına maliyyələşdirilir.

Bizim.Media xəbər verir ki, bu sözləri Ukraynanın daxili işlər naziri Arsen Avakov deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Arsen Avakovun 62 milyon avroluq dələduzluğu


"Hakimiyyət hüququ" tok-şousunun efirində danışan Avakov belə bir vəziyyətin qəbuledilməz olduğunu vurğulayıb:

"DXR” ərazisində qazanılan pullarla Ukrayna nəşrləri maliyyələşdirilir. Bu vəziyyət qəbuledilməzdir. Söz azadlığı və təbliğat zəhərini qarışdırmamağınızı xahiş edirəm".

Daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanın deputatı Taras Kozaka məxsus üç telekanala qarşı sanksiya tətbiq etdiyini bildirilmişdi. Qadağa ZIK, NewsOne və 112 televiziya kanallarını əhatə edib.

“RBK-Ukrayna”nın açıqladığı kimi, bu telekanallar Kozakın Kiyev tərəfindən nəzarət olunmayan ərazidəki biznesi tərəfindən maliyyələşdirilib. 

İddiaya görə, onun kömür tədarük edən "Don kömürü ticarət evi" şirkəti ilə bağlılığı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO