Noyabrın 24-də Türkiyə Silahlı Qüvvələrinin Rusiyanın Su-24 qırıcısını vurmasından sonra beynəlxalq aləmdən Türkiyəyə dəstək gəlməyə başladı.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında yazı dərc edilib. Türk mətbuatı bütün dəstək açıqlamalarını sıralayıb:
"Hadisədən sonra Türkiyənin tələbi ilə NATO-nun təcili toplantısı keçirildi. Yekunda Türkiyənın atdığı addımın beynəlxalq hüquq çərçivəsində olduğu qeyd olundu.
Ardınca Pentaqon Türkiyə Silahlı Qüvvələrinin rus qırıcısına 10 dəfə xəbərdarlıq etdiyini bildirdi. Daha sonra bununla bağlı səs yazısını mətbuata təqdim etdi.
ABŞ Prezidenti Barak Obama Türkiyənin hər bir dövlət kimi öz sərhədlərini qorumaq hüququna malik olduğunu dedi. O, Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının Əsəd hakimiyyətinin gücləndirilməsinə xidmət etdiyini açıqladı.
İngiltərə Baş naziri olayla bağlı “Biz öz hava məkanımı necə qoruyuruqsa, Türkiyənin də o cür müdafiə etmək haqqı olduğunu düşünürəm”x9d.
Almaniya kansleri Angela Merkel isə hadisəyə belə münasibət bildirdi: “Hər ölkənin öz torpaqlarını müdafiə etmək hüququ var”x9d.
Fransa prezidenti Fransua Olland olayla bağlı qısaca olaraq: “Rusiya Prezidenti Vladimir Putinə deyəcəm ki, hərbi əməliyyatlar yalnız İŞİD-ə qarşı həyata keçirilsin”x9d, - deyə vurğulamışdı".































































































