“Regionda nüvə müharibəsi təhlükəsi sürətlə artmaqdadır”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin İnsan Hüquqları Şurasının üzvləri ilə videokonfrans şəklində keçirilən görüşdə bildirib.
Putin qeyd edib ki, nüvə silahından istifadə yalnız müdafiə üsulu kimi mümkün ola bilər.
“Biz dəli olmamışıq, özümüzə daim hesabat veririk və nüvə silahının nə olduğunu da bilirik. Odur ki, nüvə silahını ülgüc kimi bütün dünyada yelləmək fikrində deyilik. Rusiya heç vaxt nüvə silahından birinci istifadə etməyəcək. Əgər birinci istifadə etməsək, demək ki, ikinci tərəf olaraq da buna əl atmayacağıq”,- deyə Rusiya lideri qeyd edib.
O bildirib ki, Rusiya ardıcıl olaraq öz milli maraqları uğrunda mübarizə aparır:
“Biz bunu müxtəlif yollarla və vasitələrlə, ilk növbədə sülh yolu ilə edəcəyik. Amma sülh vasitəsi ilə istəyimizə nail olmasaq, biz bütün mümkün vasitələrlə özümüzü müdafiə edəcəyik”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:47 / 07.12.2022
Regionda nüvə təhlükəsi var – Putindən PROQNOZ - VİDEO
Hazırda oxunan: Regionda nüvə təhlükəsi var – Putindən PROQNOZ - VİDEO
Hazırda oxunan: Regionda nüvə təhlükəsi var – Putindən PROQNOZ - VİDEO
108405
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.