Ceyhun Bayramovdan səfirə -

Ceyhun Bayramovdan səfirə - "Fransa parlamentinin qətnamələri münasibətlərimizə zərbə vurur" - FOTO 

Hazırda oxunan: Ceyhun Bayramovdan səfirə - "Fransa parlamentinin qətnamələri münasibətlərimizə zərbə vurur" - FOTO 

108394

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Ann Buayon ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlin sonuna qədər Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşə bilər


Bildirilib ki, C.Bayramov səfir Ann Buayonun etimadnaməsinin surətini qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Görüş zamanı Azərbaycan-Fransa münasibətlərinin hazırkı durumu, regional vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh gündəliyi və digər məsələlər müzakirə edilib. 

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesindən danışan nazir sülh gündəliyi, habelə sözügedən prosesin irəli aparılması üçün Azərbaycan tərəfindən atılan addımlar və təşəbbüslər barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistan tərəfindən törədilən təxribatları və təhdidləri diqqətə çatdırıb. 

Nazir, Fransa tərəfindən səslənən qərəzli fikirlərin və Fransa Parlamentində qətnamələrin Azərbaycan-Fransa münasibətlərinə zərbə vurduğunu və sülh prosesinə töhfə vermədiyini vurğulayıb. 

Səfir Ann Buayon qəbul üçün nazir Ceyhun Bayramova təşəkkür edib və münasibətlərin inkişafına çalışacağını bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO