Son bir ildə Britaniyadan üç Çin casusu qovulub

Son bir ildə Britaniyadan üç Çin casusu qovulub

Hazırda oxunan: Son bir ildə Britaniyadan üç Çin casusu qovulub

10838

Son 12 ayda Britaniya səlahiyyətliləri özlərini jurnalist kimi təqdim edən üç Çin casusunu ölkədən qovublar.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Teleqraf qəzeti Britaniya siyasətindəki mənbələrə istinadən yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Britaniyada minlərlə insan qasırğa səbəbiylə evakuasiya olundu


Qeyd edildiyi kimi, Britaniyaya jurnalist vizaları ilə üç fərqli Çin KİV-nin işçisi kimi gələn üç Çin vətəndaşı, həqiqətən Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin işçiləri olub.

Qəzetin iddiasına görə, iddia edilən jurnalistlərin əsl şəxsiyyəti MI5 (İBritaniya əks kəşfiyyatı) zabitləri tərəfindən ortaya çıxarılıb və nəticədə onlar ölkəni tərk etmək məcburiyyətində qalıblar.

Qəzet Britaniya səlahiyyətlilərinin casusluqla əlaqədar mövcud qanunvericiliyi yenidən nəzərdən keçirəcəyini iddia edir. 

Sərtləşdirmə dəyişiklikləri parlamentə baxılması üçün təqdim ediləcək. Növbəti iclasın may ayında keçiriləcəyi deyilir.

Dəyişikliklər həbs və ya deportasiya təhdidi altında xarici dövlətlərin mənafeyi naminə fəaliyyət göstərən bütün agentlərin və lobbiçilərin məcburi qeydiyyatını tətbiq etməyi təklif edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO