“İran Rusiya ilə əməkdaşlığı dərhal dayandırmalıdır” - Kuleba

“İran Rusiya ilə əməkdaşlığı dərhal dayandırmalıdır” - Kuleba

Hazırda oxunan: “İran Rusiya ilə əməkdaşlığı dərhal dayandırmalıdır” - Kuleba

108273

Ukrayna Rusiya Federasiyası ilə hərbi-texniki əməkdaşlıq məsələsində İranın hər bir addımını diqqətlə izləyir və bu davam edərsə, tezliklə ölçü götürüləcək.

Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Dmitri Kuleba onlayn brifinqdə danışıb. 

“Bütün rasional arqumentlər onu göstərir ki, İranın Rusiya ilə əməkdaşlığını dərhal dayandırmaq lazımdır. Ancaq Tehranın hansı yekun qərar verəcəyini gözləyirik”, - XİN rəhbəri vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Dmitri Kuleba müharibənin başa çatması üçün iki komponenti səsləndirmişdi. 

XİN rəhbərinin sözlərinə görə, Kreml müharibə ilə bağlı fikrini dəyişməli, öz qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO