DÇ-2022: Mbappe 1/4 finalı buraxacaq – SƏBƏB 

DÇ-2022: Mbappe 1/4 finalı buraxacaq – SƏBƏB 

Hazırda oxunan: DÇ-2022: Mbappe 1/4 finalı buraxacaq – SƏBƏB 

108240

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2022-nin 1/4 finalında İngiltərə ilə keçiriləcək oyununu buraxa bilər. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, topuğundakı ağrılara görə komandasının bugünkü məşqində iştirak etməyib. 

Komandanın liderlərindən forvard idman zalında bərpa prosesi keçir. Onun İngiltərə ilə qarşılaşmada meydana çıxıb çıxmayacağı bəlli deyil. 

Dekabrın 10-da keçiriləcək İngiltərə - Fransa görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qeyd edək ki, Mbappe bu mundialda 4 oyuna 5 qol vurub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO