İsmayıllıda evlərdən oğurluq edən şəxs SAXLANILDI - FOTO 

İsmayıllıda evlərdən oğurluq edən şəxs SAXLANILDI - FOTO 

Hazırda oxunan: İsmayıllıda evlərdən oğurluq edən şəxs SAXLANILDI - FOTO 

108198

Bir müddət əvvəl İsmayıllı şəhəri ərazisində yerləşən iki evdən oğurluq edilib. Gecə saatlarında evlərə daxil olan naməlum şəxs ümumi dəyəri 3000 manatdan artıq olan 3 mobil telefonu və elektron qol saatını oğurlayıb.  

Faktı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan təsdiqləyiblər. Regional qrupdan Bizim.Media-ya verilən məlumata əsasən hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olan andan əməliyyat-axtarış tədbirlərinə başlanılıb.  

Həyata keçirilən tədbirlər nəticəsində mənzillərdən oğurluq edən şəxsin Topçu kənd sakini, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Əfqan Babayev olduğu müəyyənləşdirilib. Əfqan Babayevin yeri müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb.  
İlkin araşdırma zamanı saxlanılan şəxsin oğurladığı mobil telefonları Bakı şəhərində ayrı-ayrı şəxslərə satdığı məlum olub.

Davam etdirilən tədbirlərlə həmin telefonlar da maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.  

Faktla bağlı İsmayıllı rayon polis şöbəsində Əfqan Babayev barəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə o həbs edilib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO