ABŞ Polşaya 700-ə yaxın tank və digər döyüş maşınları GÖNDƏRDİ 

ABŞ Polşaya 700-ə yaxın tank və digər döyüş maşınları GÖNDƏRDİ 

Hazırda oxunan: ABŞ Polşaya 700-ə yaxın tank və digər döyüş maşınları GÖNDƏRDİ 

108018

ABŞ Polşaya 700-ə yaxın müxtəlif döyüş maşını, o cümlədən “Abrams” tankları təhvil verib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Wyborcza” nəşri yazıb. 

“Qdinya limanında ABŞ ordusunun 1-ci piyada diviziyasının hərbi texnikası boşaldılır. Maşınlar arasında “M1 Abrams” tankları da var”,- deyə məlumatda qeyd edilib. 

Nəşr yazıb ki, “İntegrity” gəmisinin göyərtəsinə 700-ə yaxın müxtəlif tipli hərbi texnika və döyüş maşınları gətirilib. 

Nəşrin məlumatına görə, avadanlığın boşaldılması 2014-cü ildə start götürən “Atlantic Resolve” proqramı çərçivəsində həyata keçirilir və bu proqram Amerikanın Avropadakı mövcudluğunu gücləndirmək məqsədi daşıyır. 

Polşaya gələn texnikalar arasında “Bradley” tankları, “M113” zirehli transportyorları və bir sıra digər texnika və yük maşınları da var.  

Həmçinin qeyd olunub ki, 2023-cü ilin yanvarında ABŞ-dan daha yüksək sayda hərbi texnikanın gətirilməsi planlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO