Tütün məmulatları istehsalçıları dövlət rüsumundan azad ediləcək

Tütün məmulatları istehsalçıları dövlət rüsumundan azad ediləcək

Hazırda oxunan: Tütün məmulatları istehsalçıları dövlət rüsumundan azad ediləcək

107955

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Bizim.Media xəbər verir ki, qanuna əsasən, aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri dəyişir.

Qanuna əsasən, tütün məmulatlarının istehsalçıları və idxalçıları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə qoşulma barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə bu Qanunun 20-3.2.1-ci maddəsində nəzərdə tutulan (aksizli mallara məcburi nişanlamanın verilməsinə görə -0,07) dövlət rüsumunu ödəməkdən azaddırlar.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin birinci cümləsində nəzərdə tutulan müddəti hər dəfə bir aydan çox olmamaq şərtilə 5 dəfə uzada bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO