Əhməd Obalı:

Əhməd Obalı: "PKK terror təşkilatının əsas kökü İrandadır"

Hazırda oxunan: Əhməd Obalı: "PKK terror təşkilatının əsas kökü İrandadır"

107950

"PKK terror təşkilatının əsas kökü İrandadır".

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu Güney Azərbaycan (GünAztv) televiziyasının rəhbəri Əhməd Obalı Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi "İran yeni baxış bucağında" adlı tədbirdə deyib.

O bildirib ki, Türkiyə İranın daxilində ciddi etnik dəyişikliyin yaranmasından narahatdır:

"Amma türkiyəli siyasətçilər regional hadisələrin nə qədər sürətli olduğuna diqqət etməlidirlər. Bu gün PKK terror təşkilatının əsas kökü İrandadır. PKK yarandığı gündən İranla əlaqədə olub".

Analitik deyib ki, PKK-nın İranda ayrıca qolu var:

"Güney məsələsinin həlli Türkiyəyə qarşı kürd məsələsini də həll edə bilər. Güney Azərbaycan azad olarsa, Türkiyə ilə sərhəddə kürd fəaliyyəti ola bilməz".

"Bir zaman xəyal etdiyimiz türk dünyası artıq reallaşır. Amma bu, ancaq Güney Azərbaycan sayəsində mümkün olacaq. Biz də Güney azərbaycanlı qardaşlarımızdan dəstək gözləyirik", - o, vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO