Qəbələdə itkin düşən şəxs axtarılır – FOTO

Qəbələdə itkin düşən şəxs axtarılır – FOTO

Hazırda oxunan: Qəbələdə itkin düşən şəxs axtarılır – FOTO

107919

Qəbələ rayonunda itkin düşən şəxs axtarılır. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətinin məlumatında bildirilir.

Noyabrın 30-da 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlunun Qəbələ rayonunda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında nazirliyin şimal-qərb regional mərkəzinin xilasetmə qüvvələri axtarış işlərinə cəlb olunub.

Aidiyyəti dövlət qurumları bu barədə məlumatlandırılıb.

Bildirilir ki, hazırda ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, nazirliyin qüvvələri tərəfindən vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə - Dəmiraparan çayının şimal-şərq hissəsi və Şonqar dağında meşənin dərinliklərinə doğru axtarış işləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO