Qazaxda yeznə qaynını bıçaqladı

Qazaxda yeznə qaynını bıçaqladı

Hazırda oxunan: Qazaxda yeznə qaynını bıçaqladı

107849

Qazaxda yaxın qohumlar arasında mübahisə  bıçaqlanma ilə nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində baş verib.

1999-cu il təvəllüdlü Seymur Muradov bədəninin kəsilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub, vəziyyətinin stabil olduğu bildirilir. İlkin versiyaya görə, S. Muradov yeznəsi Hikmət Əfəndiyev tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO