"Ukrayna məsələsi Rusiya ilə Qərb arasında yeni soyuq müharibəyə səbəb olub" - Rəsmi Ankara

Hazırda oxunan: "Ukrayna məsələsi Rusiya ilə Qərb arasında yeni soyuq müharibəyə səbəb olub" - Rəsmi Ankara

107843

"Ukrayna məsələsi Rusiya ilə Qərb arasında yeni soyuq müharibəyə səbəb olub".

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Al Jazeera" kanalına müsahibəsində bildirib.

"Bu müharibə başqa üsullarla davam etdiriləcək: simmetrik və ya hibrid müharibə. Ola bilsin ki, bu, geosiyasi mənzərə əsas tərəfləri birləşdirməyənə qədər davam edəcək", - Kalın deyib.
Prezidentin sözçüsü qeyd edib ki, Türkiyə Rusiya və Ukrayna arasında danışıqların təşkili üçün səylərini davam etdirəcək.

"Müasir reallıqları nəzərə alsaq, bunun (danışıqların) dərhal baş verməsi ehtimalı azdır, lakin biz bunun mümkün olduğuna inanırıq və bunun üzərində işləməyə davam edəcəyik", - Kalın vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO