Kəlbəcər rayonunda azərbaycanlılarla ermənilər arasında dava - Minik avtomobilimizə ziyan dəydi

Kəlbəcər rayonunda azərbaycanlılarla ermənilər arasında dava - Minik avtomobilimizə ziyan dəydi

Hazırda oxunan: Kəlbəcər rayonunda azərbaycanlılarla ermənilər arasında dava - Minik avtomobilimizə ziyan dəydi

107807

Kəlbəcər rayonunun hazırda rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Qozlukörpü (ermənilər adını Ketavan qoyub) kəndində azərbaycanlılarla ermənilər arasında dava düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.

Mənbə yazır ki, dekabrın 4-də Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycan yük avtomobillərinin karvanının Suqovuşan-Kəlbəcər marşrutu üzrə hərəkəti növbəti dəfə təşkil edilib.
Karvan yük maşınlarından və bir minik avtomobilindən ibarət olub, içərisində də mülki geyimli dörd azərbaycanlı olub.

Kəlbəcər rayonunun Qozlukörpü kəndinin ərazisində karvan texniki səbəblərdən dayanıb, maşında olan azərbaycanlılar maşından yerə düşüblər. Kənddə onlarla erməni gənclər arasında mübahisə yaranıb və nəticədə dava düşüb.

Hadisə iştirakçıları yüngül bədən xəsarətləri alıb, azərbaycanlıların minik avtomobilinə də ziyan dəyib.

Yeri gəlmişkən, bu informasiya hələ rəsmi şəkildə öz təsdiqini tapmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO