Sumqayıtda iki azyaşlı yanaraq öldü

Sumqayıtda iki azyaşlı yanaraq öldü

Hazırda oxunan: Sumqayıtda iki azyaşlı yanaraq öldü

107791

Sumqayıtda iki azyaşlı yanaraq ölüb.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Belə ki, fərdi yaşayış evlərinin birində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın söndürüldükdən sonra evdə 2 uşağın yanmış meyiti aşkarlanıb. Həmin azyaşlıların 2017-ci il təvəllüdlü Sübhan Abbasov və 2021-ci il təvəllüdlü Dərya Quliyeva olduğu bildirilir.
Məlumata görə, hadisə baş verən zamanı evdə uşaqlar tək olub.Hər iki uşağın meyiti aidiyyatı üzrə təhvil verilib. Apa.az-ın məlumatına görə, faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO