“Bu məhdudlaşdırma Putinin ən mühüm gəlir mənbəyini kəsəcək” - Amerikalı nazirdən BƏYANAT 

“Bu məhdudlaşdırma Putinin ən mühüm gəlir mənbəyini kəsəcək” - Amerikalı nazirdən BƏYANAT 

Hazırda oxunan: “Bu məhdudlaşdırma Putinin ən mühüm gəlir mənbəyini kəsəcək” - Amerikalı nazirdən BƏYANAT 

107666

“Rusiya neftinə yeni qiymət həddi Rusiya Prezidenti Vladimir Putinin maliyyə imkanlarını daha da məhdudlaşdıracaq və onun qəddar işğalı maliyyələşdirmək üçün istifadə etdiyi gəliri azaldacaq”. 

Bizim.Media xəbər verir ki, bu barədə "bbc.com" ABŞ-ın maliyyə naziri Canet Yellenin bəyanatına istinadən yazıb. 

Nazirin sözlərinə görə, Rusiya iqtisadiyyatının onsuz da kiçildiyi və büdcəsinin getdikcə tükəndiyi bir şəraitdə qiymət həddi Putinin ən vacib gəlir mənbəyini dərhal kəsəcək. 

Qeyd edək ki, yeni məhdudiyyət ölkələrə Rusiya xam neftinin dəniz ixracı üçün 1 barelə 60 ABŞ dollarından (48 funt sterlinq) çox pul ödəməyə imkan vermir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO