“WhatsApp”da köhnə mesajları tapmaq asanlaşdı

“WhatsApp”da köhnə mesajları tapmaq asanlaşdı

Hazırda oxunan: “WhatsApp”da köhnə mesajları tapmaq asanlaşdı

107613

“WhatsApp” mesajların axtarışını asanlaşdıracaq funksiya üzərində işləyir.

Bizim.Media-nın məlumatına görə, beta istifadəçilərinə açılan yeni xüsusiyyət mesajlarda istədiyimiz tarixə keçmənizi təmin edəcək.

Tətbiqdə dəqiq tarixi bilmədiyimiz mesajları axtardığımız zaman belə bir xüsusiyyətin çox faydalı olacağını söyləyə bilərik.

Yenilik bununla yekunlaşmır. Belə ki, paylaşılan ekran görüntüləri tarixə görə axtarış seçiminin necə istifadə oluna biləcəyini göstərir.

Müvafiq olaraq, funksiyadan söhbətlərdə mesajlar axtararkən klaviaturanın yuxarı sağ hissəsində görünən təqvim işarəsi ilə istifadə etmək olar. İstifadəçilər bu işarəyə kliklədikdə istədikləri tarixi seçərək axtardıqları günə çata biləcəklər.
“WhatsApp”ın bu yeni funksiyanı nə vaxt kütləvi istifadəyə verəcəyi hələ məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO