DÇ-2022: Cənubi Koreya 1/8 finalda, Uruqvay isə...

DÇ-2022: Cənubi Koreya 1/8 finalda, Uruqvay isə...

Hazırda oxunan: DÇ-2022: Cənubi Koreya 1/8 finalda, Uruqvay isə...

107585

Bu gün Qətərdə təşkil olunan DÇ-2022-də qrup mərhələsinə yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, 3-cü turun son oyun günündə G və H qruplarında 4 matç keçirilir və 1/8 finalın bütün cütlükləri məlum olacaq.

H qrupunda 1/8 finala adlayan Portuqaliya millisi Cənubi Koreya yığmasına 1:2 hesabı ilə uduzub. Qana isə Uruqvaya 0:2 hesabı ilə məğlub olub. Bu nəticələrdən sonra H qrupunda Portuqaliya qrup lideri, Cənubi Koreya qrup 2-cisi kimi növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, G qrupunda pley-offa vəsiqəni təmin edən Braziliya Kamerunla qarşılaşacaq. Qrupun digər oyununda İsveçrə Serbiya ilə üz-üzə gələcək.

İsveçrəlilər qələbə qazanacaqları halda, Kamerun - Braziliya görüşünün nəticəsindən asılı olmayaraq, mərhələ adlayacaqlar.

Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO