Prezident Şəki İcra Hakimiyyətinin yeni inzibati binası ilə tanış olub - FOTO

Prezident Şəki İcra Hakimiyyətinin yeni inzibati binası ilə tanış olub - FOTO

Hazırda oxunan: Prezident Şəki İcra Hakimiyyətinin yeni inzibati binası ilə tanış olub - FOTO

107570

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar.

Bizim.Media xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya binada yaradılan şərait barədə məlumat verdi.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Orta Zəyziddə quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB


Bildirildi ki, icra hakimiyyətinin yeni binası zirzəmi qatından və 4 mərtəbədən ibarətdir.

Ümumi sahəsi 6080 kvadratmetr olan binada 56 yerlik konfrans zalı, 164 nəfərlik akt zalı və 70 nəfərlik yeməkxana yaradılıb.

Həmçinin yeni binada hər cür şəraiti olan 90 iş otağı, kitabxana, muzey, sərgi və toplantı otaqları var. Zirzəmi qatında avtodayanacaq və texniki xidmət sahəsi fəaliyyət göstərir. Binanın həyətyanı sahəsində abadlıq və yaşıllaşdırma işləri görülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO