Təhlükədə olan şəxsi belə xilas etdilər – VİDEO 

Təhlükədə olan şəxsi belə xilas etdilər – VİDEO 

Hazırda oxunan: Təhlükədə olan şəxsi belə xilas etdilər – VİDEO 

107428

FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində ümumilikdə 13 yanğına çıxış və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN-nin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib.

Həmçinin, Bakı şəhərinin Səbail rayonu, Neftçilər prospektində “Tufan” markalı motosiklet və “Toyota Corolla” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzası baş verib. 
Qəza nəticəsində motosikletin dəmir elementi sürücüsü - 1994-cü il təvəllüdlü Babayev Elşən Rövşən oğlunun ayağına nüfuz edib. Xilasedicilərin operativ müdaxiləsi sayəsində vətəndaş xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO