Livanlı iş adamı Ermənistanı kəskin tənqid etdi - “Bu ölkəyə sərmayə qoymayın”  

Livanlı iş adamı Ermənistanı kəskin tənqid etdi - “Bu ölkəyə sərmayə qoymayın”  

Hazırda oxunan: Livanlı iş adamı Ermənistanı kəskin tənqid etdi - “Bu ölkəyə sərmayə qoymayın”  

10736

Bizim.Media “Sputnik Armenia”-ya istinadən məlumat verir ki, Ermənistanda 2018-ci ildə fəaliyyətə başlamış məişət avadanlıqlarının və televizorların montajını həyata keçirən şirkət bağlanıb.

Livanlı iş adamı Nikolas Əl-Təvil tərəfindən yaradılmış və “Abramyan” markalı televizorlar istehsal edən şirkət bir müddət sonra kondisioner və soyuducu istehsalına başlamağı planlaşdırırdı.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan XİN rəhbəri Türkiyəyə qarşı çıxışına görə istefaya göndərilir


Lakin Ermənistan höküməti ilə baş verən anlaşmazlıqlar nəticəsində şirkət öz fəaliyyətini dayandırmalı olub.

Nikolas Əl-Təvil Ermənistanda fəaliyyət göstərən bir digər Livan şirkəti olan “Sanitek” tullantıların toplanması operatorunun səhmdarı və direktorudur.

2018-ci ildə Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra İrəvan Bələdiyyəsi şirkəti keyfiyyətsiz xidmətlər və paytaxta 11.1 milyon dollar ziyan vurmaqda günahlandıraraq müqaviləni vaxtından əvvəl ləğv edib.

Əl-Təvilin fikrincə isə bu iddalar əsassızdır və investorların fəaliyyətinə maneə törətmək üçün məqsədli şəkildə həyata keçirilir.

Ermənistandakı şirkətlərinin bir-birinin ardınca bağlanmasına münasibət bildirən Livanlı iş adamı Nikolas Əl-Təvil, ökədə fəaliyyət göstərən şirkətlərə heç bir formada yardım göstərilmədiyini bildirib.

"İstehsalatı tamamilə dayandırdıq, çünki Ermənistandakı investisiya mühiti artıq bir çox iş adamı üçün əlverişli deyil", - deyə Əl-Təvil qeyd edib. 

Xatırladaq ki, Ermənistanın son illərdə xarici investorlarla yaşadığı problemlər “Sanitek” şirkəti ilə yekunlaşmışr.

2018-ci ildən bəri İngiltərənin qızıl mədən şirkəti “Lydian”, Rusiyanın Cənubi Qafqaz Dəmir Yolları (Rusiya Dəmir Yollarının törəmə şirkəti) və su təchizatı istiqamətində fəaliyyət göstərən Fransanın “Veoliya” şirkətləri ilə də məhkəmə çəkişmələri yaşanıb.

Digər şirkətlərlə yaranmış anlaşmazlıqlar həll olunsa da, “Veoliya” şirkətinin məhkəmə prosesi hələ də davam edir.

Ermənistan höküməti son 2 ildə ölkədə fəaliyyət göstərən xarici şirkətlərin fəaliyyətinə müdaxilə edir. Xüsusilə 2018-ci ildən əvvəl xarici şirkətlərlə bağlanmış müqavilələr yenidən nəzərdən keçirilir.

Fəaliyyəti araşdırılan bir sıra xarici şirkətlər əvvəlkindən fərqli şərtlərlə müqavilələri yeniləməyə məcbur edilir.

Hökümətin bu tələbi ilə razılaşmayan şirkətlərə bəzi qadağalar qoyulur və satış imkanları məhdudlaşdırılır.

Nikolas Əl-Təvil də şirkətləri adından Ermənistan hökümətini biznes fəaliyyətinə süni əngəllər törətməkdə ittiham etdiyini və məhkəməyə verdiyini qeyd edib.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO