Aİ Rusiya neftinin 1 barelinə 60 dollar məbləğ təklif etdi

Aİ Rusiya neftinin 1 barelinə 60 dollar məbləğ təklif etdi

Hazırda oxunan: Aİ Rusiya neftinin 1 barelinə 60 dollar məbləğ təklif etdi

107353

Avropa Komissiyası Aİ-nin 27 ölkəsinə Rusiya neftinin bir barelinin qiymətinin 60 dollar məbləğində olmasını təklif edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal”nəşri yazıb. 

Amerika nəşrinin istinad etdiyi mənbələrə görə, Aİ-yə üzv ölkələrin yüksək rütbəli rəsmiləri artıq bu təklifi müzakirə etməyə başlayıblar. 

Məlumata görə, bütün Aİ üzvləri bu təklifi təsdiqlədikdən sonra danışıqlar davam etdiriləcək.  

Məlumata görə, neftin bir barelinə olan qiymətlər 2023-cü il yanvarın ortalarından başlayaraq hər iki aydan bir nəzərdən keçiriləcək. Komissiyanın təklif mətnində qeyd olunub ki, hər təftişdə yeni səviyyə “Rusiya nefti və neft məhsulları üçün orta bazar qiymətindən ən azı 5% aşağı olmalıdır”. 

Avropa Komissiyası rəsmiləri razılığın əldə olunacağına inandıqları üçün, təklif edilən məbləğin cari ilin dekabr ayının 5-dən etibarən qüvvəyə minəcəyi ehtimal edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO