ABŞ əsas vasitəçi qismində - Ağ Evin fəallaşması Azərbaycana nə qazandıracaq?

ABŞ əsas vasitəçi qismində - Ağ Evin fəallaşması Azərbaycana nə qazandıracaq?

Hazırda oxunan: ABŞ əsas vasitəçi qismində - Ağ Evin fəallaşması Azərbaycana nə qazandıracaq?

107305

“Fransa tərəfindən həyata keçirilən ambisioz siyasət nəticəsində Azərbaycan-Ermənistan sülh gündəliyi üzrə danışıqların aparılmasına zərbə vuruldu. Son iki ilə yaxın müddət ərzində Avropa İttifaqı (Aİ) tərəfindən dövlətlər arasında əldə edilmiş razılıqların üstündən xətt çəkildi.

Əslində bu, həm də Aİ siyasi imicinə ağır zərbə kimi də qiymətləndirilə bilər.Və  nəticə olaraq, Aİ-nin vasitəçilik və moderatorluq missiyası yarımçıq qalmış oldu”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev səsləndirib.

Politoloqun sözlərinə görə, vəziyyətin bu yöndə inkişafı digər aktorların danışıqlar prosesinsə qoşulmasına səbəb olub:

“İlk növbədə ABŞ-ın aktivliyi daha çox diqqət çəkir. Belə ki, son günlər tərəflər arasında görüşlərin daha sıx qarfikdə keçirilməsi, telefon təmasları və Azərbaycan mövqeyini dəstəkləyən bəyanatların verilməsi onu deməyə əsas verir ki, ABŞ bu məsələdə daha israrlı görünür.

Burada bir neçə məqamı da vurğulamaq lazımdır.

Birincisi, son zamanlar İranın bölgədə aktivləşməsi ABŞ-ın regional siyasətinə tam ziddir. Bölgədə İranın dirçəlməsi ABŞ-a sərf etmir və bu məsələdə Azərbaycana lazımi siyasi, iqtisadi və hərbi dəstək göstərilə bilər. Baş Qərargah rəisi Kərim Vəliyev ABŞ səfərində bu barədə mesajlar artıq verilib.

İkincisi, Rusiyanın mövcud dayaqlarının zəiflədilməsi və sonda bölgədən uzaqlaşdırılması kimi həssas mövzu da ABŞ-ı Azərbaycanla yaxınlaşdırır.

Üçüncüsü, Azərbaycanla İsrail arasında olan əməkdaşlıq birbaşa ABŞ-ı da məcbur edir ki, bölgədə sülhün qorunması və Azərbaycana yönəlik siyasət tətbiq olunsun”.

Amid Əliyevin fikrincə, sadalanan detallar ABŞ-a bölgədə növbəti vasitəçi qismində çıxış etməyə imkan yaradır:

“ABŞ tərəfindən təklif olunan sülh paketi də Azərbaycanın maraqlarına tam uyğundur. Lakin bu məqamda Rusiya da öz təklifini verməkdə gecikmədi. Artıq ayın 5 də Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü baş tutacaq.
Lakin, nəzərə alsaq ki, Rusiya daima Azərbaycana qarşı siyasi təzyiqlərini davam etdirə bilər və Rusiyanın sülh paketi Azərbaycanın milli maraqlarına ziddir, o zaman demək olar ki, Rusiyanın əsas vasitəçi kimi çıxış etməsi o qədər də inandırıcı görünmür. 

Çox güman ki, ABŞ öz vasitəçilik missiyası ilə bir çox məsələləri həll etməklə bölgədə yeni siyasi reallığın yaradılmasına daha yaxındır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO