COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq tibb işçilərinin vaksinasiya prosesinin birinci mərhələsi davam edir.
Ümumilikdə ölkədə fevralın 2-nə olan məlumata görə 62 398 tibb işçisi peyvənd olunub.
Bu barədə Nazirlər Kabinetindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Müəllimlər koronavirusa qarşı peyvənd olunacaq?
62398 nəfərin peyvəndlənməsi ölkə üzrə 70 faiz tibb personalının vaksinasiyaya cəlb olunması deməkdir.
2020-ci ilin əvvəlinə olan məlumatlara əsasən, ölkədə 32,6 min həkim və 54,2 min orta tibb işçisinin çalışdığı 565 xəstəxana, eləcə də 1745 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir.
Əhalinin hər 10 min nəfərinə orta hesabla 33 həkim, 54 orta tibb işçisi düşür.
Alçina Amilqızı, Bizim.Media