Azərbaycan-Ermənistan sərhədində və Qarabağda vəziyyət gərginləşəcək – ABŞ-ın analitik şirkəti

Azərbaycan-Ermənistan sərhədində və Qarabağda vəziyyət gərginləşəcək – ABŞ-ın analitik şirkəti

Hazırda oxunan: Azərbaycan-Ermənistan sərhədində və Qarabağda vəziyyət gərginləşəcək – ABŞ-ın analitik şirkəti

106968

Azərbaycan-Ermənistan sərhədində və ya Azərbaycanın Qarabağ bölgəsində eskalasiya riski var.

Bizim.Media xəbər verir ki, bu qənaətə ABŞ-ın “Stratfor” özəl kəşfiyyat və analitik şirkəti gəlib. 

Şirkətin fikrincə, Azərbaycan və Ermənistan arasında danışıqlar “dalana dirəndikdən” sonra vəziyyət daha da pisləşə bilər.

“Stratfor” hesab edir ki, gərginliyin artması, öz növbəsində danışıqlar prosesinə mənfi təsir göstərəcək.

“Yeni zorakılıq dalğası bu ilin sonuna qədər sülh danışıqlarında irəliləyişin əldə edilməsinə maneçilik törədəcək”, - deyə mənbə qeyd edib.
Yeri gəlmişkən, Azərbaycan Müdafiə Nazirliyi noyabr ayı ərzində hər gün bəyan edir ki, mövqeləri Ermənistan ordusu tərəfindən iki ölkə sərhədində  və Rusiyanın məsuliyyət zonasında (Qarabağdakı qanunsuz silahlı birləşmələri tərəfindən) atəşə tutulur.

Qeyd edək ki, “Stratfor” Amerikanın özəl kəşfiyyat və analitik şirkətidir, bəzən bu qurumu Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi adlandırırlar.

Şirkət dünyada baş verən hadisələr haqqında məlumatların toplanması və təhlili ilə məşğuldur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO