Gəncədə “aftoşluq” edən şəxs HƏBS OLUNDU - FOTO

Gəncədə “aftoşluq” edən şəxs HƏBS OLUNDU - FOTO

Hazırda oxunan: Gəncədə “aftoşluq” edən şəxs HƏBS OLUNDU - FOTO

106902

Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub. 

Bizim.Media-nın yerli bürosunun Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupuna istinadən verdiyi məluma görə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin  əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Aralarında Vətən Müharibəsi iştirakçılarının da olduğu bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.
Həmin sürücülər saxlanılaraq avtomobilləri duracağa yerləşdirilib, nəqliyyat vasitələrindəki qanunsuz dəyişikliklər aradan qaldırılıb və sürücülər barəsində qanuni tədbir görülüb. Qeyd edilməlidir ki, saxlanılan şəxslərdən bir neçəsi daha əvvəl də anoloji inzibati xəta törədərək məsuliyyətə cəlb olunub.

Bundan başqa Yol Polisi əməkdaşlarının apardıqları mütəmadi monitorinq-profilaktiki tədbirlər zamanı avtomobilinə konstruksiya dəyişikliyinə görə daha əvvəl 11 dəfə inzibati məsuliyyətə cəlb olunan şəhər sakini Orxan Qasımovun yenə də idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozması məlum olub.

Növbəti dəfə də saxlanılan sürücü barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə O. Qasımov 8 sutka inzibati həbs edilib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO