Fransadakı beynəlxalq təşkilat Konqo prezidentini zəhərləməyə cəhd edib

Fransadakı beynəlxalq təşkilat Konqo prezidentini zəhərləməyə cəhd edib

Hazırda oxunan: Fransadakı beynəlxalq təşkilat Konqo prezidentini zəhərləməyə cəhd edib

106799

Fransada yerləşən beynəlxalq təşkilat Konqo Prezidentinə qarşı sui-qəsdə cəhd edib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Politico" informasiya portalı məlumat yayıb. 

Məlumata görə, adıçəkilməyən təşkilat Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedini zəhərləməyə cəhd edib.

Belə ki, beynəlxalq təşkilat tərəfindən Prezidentə ünvanlanmış məktubda mühafizə xidməti güclü zəhər olan sianid birləşmələrindən birinin izlərini aşkar edib.

İnsidentlə bağlı Fransanın Konqodakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO