Əhalini kabus kimi izləyən hindistanlı DİLƏNÇİLƏR – Miqrasıya Xidməti hara baxır?

Əhalini kabus kimi izləyən hindistanlı DİLƏNÇİLƏR – Miqrasıya Xidməti hara baxır?

Hazırda oxunan: Əhalini kabus kimi izləyən hindistanlı DİLƏNÇİLƏR – Miqrasıya Xidməti hara baxır?

106712

Son vaxtlar paytaxtımızda əcnəbi taksi sürücülərinə tez-tez rast gəlirik. Miqrantların qeydə götürülərək əmək fəaliyyəti ilə məşğul olması o qədər də pis hal deyil. Amma paytaxtda və ətraf qəsəbələrdə əcnəbi dilənçilərin də sayı durmadan artır. Onlar əhalini kabus kimi izləyir və dil bilmədikləri üçün sakinlərlə çox kobud rəftar edir, bəzən zor tətbiq etməkdən də çəkinmirlər.

Bu da haqlı narahatçılıq yaradır. Çünki, dilənçilik edən adamın cinayət törətmə ehtimalı da böyükdür.

Eksperlərin rəyinə görə bu cür miqrantalar hinduslardır və əsasən Hindistandan gələnlərdir. Bir qism hindus isə Pakistanın payına düşür. Onlar kütləvi şəkildə paytaxtdan kənarda, əsasən də Abşeron rayonunun qəsəbələrində gecələyirlər. 
 


MÖVZU İLƏ BAĞLI:

Bakıda özünü dilənçi kimi təqdim edən narkomanlar peyda olub


Əmək miqrasiyası üzrə ekspert Azər Allahverənov Bizim.Media açıqlamasında bunun çox qorxunc fəsadları ola biləcəyindən danışıb:

“2022-ci ilin 9 ayının yekunları göstərir ki, son vaxtlar Pakistandan, Hindistandan və digər Şərq ölkələrindən ölkəmizə gələn insanların sayı kəskin artıb. Gələn əcnəbilərin hamısı demək olar ki, turist kimi gəlib. Onların da ölkəmizdə qalmasına yalnız 1 ay icazə verilir. Bu müddətdən artıq qalan əcnəbilər Azərbaycanın müvaifiq qurumlarına müraciət edib icazə almalıdır. Yəni qalmaları üçün onların kifayət qədər güclü əsasları olmalıdır”.

Ekspert onu da əlavə etdi ki, turust kimi ölkəyə gələn əcnəbilər əmək fəaliyyəti ilə məşğul ola bilməz:

“Bu qanunla qadağandır. Yalnız əmək vizası ilə gələnlər burda qalıb işləyə bilər. Bu cür viza ilə gələn əcnəbilər yerli şirkətlərin köməyi ilə Azərbaycanda müvafiq oturum izni alırlar. Ona görə də Azərbaycana turist kimi gəlib, sonradan sürücü kimi fəaliyyət göstərmək və yaxud dilənçilik etmək qeyri-qanuni fəaliyyət növüdür”.

Azər Allahverənov onu da söylədi ki, aidiyyatı qurumlar bununla bağlı müəyyən monitorinqlər keçirə, araşdırmalar apara bilərlər. QHT-lərin də bu işə öz töhfəsini vermək imkanı var. Nəticədə, ölkəyə gəlib taksi fəaliyyəti göstərən və dilənçilik edən əcnəbilərin qanunsuz fəaliyyətlərinin qarşısı alına bilər. Və həmin əcnəbilərin inzibati qaydada ölkədən çıxarılması ilə bağlı qərar da verilə bilər. Hazırda miqrasiya ilə məşğul olan qurumların əlində kifayət qədər imkan var ki, belə xoşagəlməz halların qarşısnı alsın”.

Məsələ ilə bağlı Dövlət Miqrasiya Xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən Bizim.Media-ya bildirildi ki, məsələni araşdırıb, ən yaxın zamanda sizə məlumat veriləcək.

Mövzunu açıq saxlayırıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO