2020-ci ildə Cənubi Afrika Respublikasında kərgədanların öldürülməsi, ovlanması 3 dəfə azalıb.
Bizim.Media “euronews”a istinadən xəbər verir ki, kərgədanların qətlində statistikanın dəyişməsi koronavirusa görə tətbiq olunan karantin rejimi ilə əlaqələndirilir.
Karantin rejimi yumşalan kimi bu heyvanların məhv edilməsində rəqəmlər qəfil artıb.
Belə ki, CAR-nın Ətraf Mühit nazirinin hesabatında ötən il 394 kərgədanın öldürüldüyü deyilir. 2019-cu ildə isə bu rəqəm 594 idi.
Ümumiyyətlə mövcud kərgədanların 80 %-nin məskunlaşdığı Cənubi Afrikada ölüm halları 6 ildir ki, azal tempdə qeydə alınır.
Son ildə bu heyvanların əvvəlki illərə nisbətən daha az öldürüldüyünü şərh edən zooloqlar yumor da yaradıblar ki, kərgədanlar karantin rejimini dəstəkləyir.
Çünki bu onların qanunsuz öldürülmə və ovlanmasının qarşısını qismən də olsa almış olur.
Bizim.Media