Ramil Məmmədli: “Ermənilər lokal hərbi əməliyyata hazırlaşır”

Ramil Məmmədli: “Ermənilər lokal hərbi əməliyyata hazırlaşır”

Hazırda oxunan: Ramil Məmmədli: “Ermənilər lokal hərbi əməliyyata hazırlaşır”

106596

“Son 3 aydır erməni silahlı dəstələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağdakı ərazilərdən, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədi bölgəsindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutması vəziyyətin getdikcə gərginləşməsindən xəbər verir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli səsləndirib.

Onun sözlərinə görə, bunu deməyə əsas verən səbəblərdən biri son bir ayda ermənilərin Qarabağda həm yeni mühəndis-istehkam xətti formalaşdırmaqları, həm də müxtəlif vasitələrlə hərbi texnika əldə etmələridir:

“Həmçinin Azərbaycan Müdafiə Nazirliyinin atəşkəsi pozulması ilə bağlı xəbərləri də artıq hər gün, hətta gündə 2 dəfə olur”.

Hərbi şərhçinin fikrincə, Azərbaycan Ordusunun mövqelərinin davamlı atəşə tutulması ermənilərin hərbi baxımdan fəallaşması kimi təhlil olunmalıdır:

“Bu isə ermənilərin hərbi-texniki və canlı qüvvə baxımından yenidən komplektləşməsinə işarədir. 

Ramil Məmmədli hesab edir ki, erməni hərbi birləşmələri müharibəyə, yaxud da hansısa istiqamətdə lokal hərbi əməliyyat həyata keçirməyə hazırlıq mərhələsindədirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO