“Rusiya bu gün aclıqdan Ukraynaya qarşı müharibə silahı kimi istifadə edir”.
Bizim.Media xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq “Ukraynadan taxıl” təşəbbüsü ilə bağlı konfransda deyib.
O, bildirib ki, Kreml Ukrayna ilə yanaşı, dünyanın digər ölkələri arasında parçalanma və qeyri-sabitlik yaratmağa çalışır.
“Mən Ukraynanın və beynəlxalq ictimaiyyətin Qara dəniz vasitəsilə taxıl tədarükünün davam etdirilməsi səylərini qətiyyətlə dəstəkləyirəm. Bu, həyati əhəmiyyət kəsb edir. Xüsusilə, NATO müttəfiqimiz Türkiyənin Qara Dəniz Taxıl Təşəbbüsünün genişləndirilməsi üçün BMT ilə birlikdə fəaliyyətini alqışlayıram.
Bu yaxınlarda İstanbulda Prezident Ərdoğanla görüşərkən mən Boğazda taxıl gəmilərini gördüm. Onlar Ukrayna limanlarından ərzaq, taxıl və gübrə daşıyırlar. Mən həmçinin, NATO müttəfiqlərinin və Aİ-nin Ukraynadan quru vasitəsilə yüklərin daşınması istiqamətində səylərini alqışlayıram.
Bu böhranın səbəblərini hamımız xatırlamalı və izah etməliyik. Bu ərzaq böhranı Rusiyaya qarşı beynəlxalq sanksiyalardan qaynaqlanmır.
Buna Rusiyanın Ukraynaya qarşı apardığı müharibə səbəb olub”, - Yens Stoltenberq vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:04 / 26.11.2022
“Moskva aclıqdan silah kimi istifadə edir” – NATO Baş katibi
Hazırda oxunan: “Moskva aclıqdan silah kimi istifadə edir” – NATO Baş katibi
Hazırda oxunan: “Moskva aclıqdan silah kimi istifadə edir” – NATO Baş katibi
106474
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.