“Google” şirkəti 10000 nəfəri işdən çıxarmağı planlaşdırır

“Google” şirkəti 10000 nəfəri işdən çıxarmağı planlaşdırır

Hazırda oxunan: “Google” şirkəti 10000 nəfəri işdən çıxarmağı planlaşdırır

106381

ABŞ-nin “Google” şirkəti ən pis faydalı iş əmsalı göstəricilərinə malik 10 000 işçisini ixtisar etməyi planlaşdırır.

Bizim.Media-nın məlumatına görə, bu, şirkət işçilərinin ümumi sayının 6%-i deməkdir.

Bundan əvvəl bir çox digər İT nəhəngləri, o cümlədən “Meta”, “HP Inc.” və “Cisco Systems Inc.” də genişmiqyaslı ixtisarlar barədə məlumat veriblər. 

Qeyd edək ki, “Google” sektorun digər şirkətləri kimi xidmətlərinə tələbatın kəskin artması fonunda koronavirus pandemiyası zamanı işçilərin sayını fəal şəkildə artırmışdı. Bu da öz növbəsində əməliyyat xərclərinin çoxalmasına səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO