“Elza İbrahimovanın abidəsi hələ də ucaldılmayıb” - Deputat Baş nazirə MÜRACİƏT ETDİ 

“Elza İbrahimovanın abidəsi hələ də ucaldılmayıb” - Deputat Baş nazirə MÜRACİƏT ETDİ 

Hazırda oxunan: “Elza İbrahimovanın abidəsi hələ də ucaldılmayıb” - Deputat Baş nazirə MÜRACİƏT ETDİ 

106320

“Bəstəkar Elza İbrahimovanın xatirəsinə həsr olunmuş memorial abidə hələ də ucaldılmayıb”.

Bizim.Media xəbər verir ki, bunu Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədova müraciətində  bildirib. 

“Azərbaycanın görkəmli bəstəkarı Elza İbrahimovanın 85 illik yubileyinə çox az qalıb. Onun dünyadan köçməsindən 11 il keçir. Ailəsi Mədəniyyət Komitəsini ziyarət edib. 2019-cu ildə “Görkəmli şəxslərin adının əbədiləşdirilməsi” ilə bağlı verilən qərara əsasən bəstəkarımızın yaşadığı binanın qarşısında memorial abidəsinin qoyulması nəzərdə tutulmuşdu. 2020-ci ildə yekdilliklə qərar qəbul edilməsinə baxmayaraq, orda həmin memorial abidə hələ də qoyulmayıb. Ailəsi istəyirdi ki, Elza İbrahimovanın 85 illik yubileyinə qədər abidəsi ucaldılmış olsun. Cənab Baş nazirdən bu məsələnin diqqətdə saxlanılmasını xahiş edirəm”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO