Nazirlər Kabineti onlayn nəzir qaydalarını HAZIRLAYIR – Rəsmi AÇIQLAMA 

Nazirlər Kabineti onlayn nəzir qaydalarını HAZIRLAYIR – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Nazirlər Kabineti onlayn nəzir qaydalarını HAZIRLAYIR – Rəsmi AÇIQLAMA 

106205

Azərbaycanda fəaliyyət göstərən məscidlərdəki nəzir qutularına yığılan ianələrin hesabatı hər zaman müzakirə mövzusu olub. İllərdir nə toplanan ianələr barədə hesabat verilir, nə də təyinatı üzrə hara sərf olunduğu açıqlanır.

Qafqaz Müsəlmanları İdarəsi bu günə qədər balansında olan yüzlərlə məscidin nəzir qutularına yığılan ianələr haqda maliyyə hesabatı verməyib.

Halbuki vaxtilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev təkcə Bibiheybət məscidinə aylıq 400 min manat nəzir yığıldığını söyləmişdi. O zaman da bu məsələnin üstünə gedilmədi və hesabatı sorğulanmadı. Halbuki bir məsciddə nə az, nə çox yarım milyona yaxın məbləğin yığılması olduqca ciddi rəqəmdir. 
 

MÖVZU İLƏ BAĞLI:

Nəzir qutuları CİBLƏRƏ, bəs ONLAYN NƏZİRLƏR hara gedəcək? 


Ən azından hansısa ağır xəstənin müalicəsinin, əməliyyatının qarşılanması, yaxud valideynlərini itirmiş tələbənin təhsil xərclərinin ödənilməsi, qazi və şəhid ailələrinə dəstək olunması, kimsəsiz və tənha insanlara yardım edilməsi faktına rast gəlinməyib. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Yaqut Əliyeva qaydaların Nazirlər Kabineti tərəfindən hazırlandığını, hələki təsdiqlənmədiyini bildirib.
 

Qeyd edək ki, bu ilin fevral ayında ianə və nəzirlərin onlayn formada karta köçürülməsi ilə bağlı qərar verildi. Hansı ki, bu yığıma birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzarət edəcək.


Amma 9 aydır  nə onlayn nəzirlə bağlı mexanizmlər, ianə və nəzirlərin köçürülmə qaydaları açıqlanır, nə də hesabatlılıq məsələsinin necə tənzimlənəcəyi barədə məlumat verilir. Xatırladaq ki, Azərbaycanda onlayn nəzir verilməsi "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO