Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmi nümayəndəsi Ömər Çelik növbəti dəfə İsveç və Finlandiyadan real addımlar gözlədiklərini bəyan edib.
Bizim.Media xəbər verir ki, hakim Partiyanın rəsmisi bildirib ki, rəsmi Ankara sözünün üstündə durmayan çoxlu ölkələr görüb.
“Ona görə də, Türkiyə terrorla mübarizədə real addımları görəndə İsveç və Finlandiyanın NATO-ya qəbulunu təsdiq edəcək", - deyə Çelik bildirib.
Xatırladaq ki, iyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö, o vaxt İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar aparılıb. Stokholm və Helsinkinin NATO-ya daxil olmasına icazə verən memorandum imzalanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:46 / 24.11.2022
Ankara İsveç və Finlandiyaya yenə şərt qoydu
Hazırda oxunan: Ankara İsveç və Finlandiyaya yenə şərt qoydu
Hazırda oxunan: Ankara İsveç və Finlandiyaya yenə şərt qoydu
106149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.