Sabah Qazaxıstanın Aktau şəhərində Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, sözügedən görüşdə Gürcüstanın da iştirak edəcəyi gözlənilir.
Görüş üç ölkəni maraqlandıran məsələlər üzrə mövcud koordinasiyanı gücləndirmək və qarşılıqlı maraq doğuran məsələlərin təhlili, regional əlaqələrin gücləndirilməsi məqsədi ilə təşkil olunacaq.
Həmçinin bildirilib ki, iclasda Bakı Bəyannaməsinə uyğun olaraq, Türkiyə, Azərbaycan və Qazaxıstan torpaqlarından keçən Orta Dəhliz Marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi”nin imzalanması planlaşdırılır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:18 / 24.11.2022
Aktau şəhərində Türkiyə-Azərbaycan-Qazaxıstan XİN və nəqliyyat nazirləri GÖRÜŞƏCƏK
Hazırda oxunan: Aktau şəhərində Türkiyə-Azərbaycan-Qazaxıstan XİN və nəqliyyat nazirləri GÖRÜŞƏCƏK
Hazırda oxunan: Aktau şəhərində Türkiyə-Azərbaycan-Qazaxıstan XİN və nəqliyyat nazirləri GÖRÜŞƏCƏK
106136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.