Son dörd ayda Kəlbəcər və Laçında 2 728 mina aşkarlanıb – RƏSMİ 

Son dörd ayda Kəlbəcər və Laçında 2 728 mina aşkarlanıb – RƏSMİ 

Hazırda oxunan: Son dörd ayda Kəlbəcər və Laçında 2 728 mina aşkarlanıb – RƏSMİ 

106066

Son dörd ayda Kəlbəcər və Laçında 2 728 mina aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, bu ilin avqust ayından etibarən sözügedən minalar daxil olmaqla, Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı minalar (ümumilikdə 2728) aşkarlanaraq zərərsizləşdirilib.

Xatırladaq ki, noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı dəstələri tərəfindən basdırılmış 2021-ci il Ermənistan istehsalı 350 ədəd PMN-Э tipli piyada əleyhinə minalar aşkarlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO